Bizi tanıyın
"F12 School" Kompüter Kursları 11 illik təcrübələrini sizinlə bölüşməyə hazırdır. Sizdə bu sferada özünüzü sınamaq istəyirsinizsə, onda mütləq bizə qoşulun və özgüvənli olun! Biz sizlərə keyfiyyətli və dayanıqlı bir elm öyrətməyi özümüzə prioritet xətti seçmişik. Buna görədə bizə etbar edib, seçdiyiniz peşə üzrə özgüvən ola bilərsiniz.

Nəyə görə bizi seçməlisiniz...
Bizim əsas diqqətimiz proqramlaşdırma dilidir. Öyrəncilərimiz qrup və ya fərdi şəkildə dərslərimizdə iştirak etməklə bu sferada öz bilik və bacarıqlarını artırır və ya təkmilləşdirirlər. Əlavə olaraq İT sahəsində bilməli olduqları dillər üzrədə (İngilis və Rus) kurslar təşkil edilir. Biz kəmiyyətə yox, keyfiyyətə üstünlük veririk. Bu səbəbdən də bizi seçməyinizdə düzgün qərar vermiş olursunuz.

Tariximiz
Məktəbimizin tarixi elədə uzun deyil. Ancaq bu 11 ildə əldə etdiyiniz bilik və təcrübələrimiz, bizə ilham verdiki bunları sizinlə bölüşək. Əslində bu bilik və təcrübələri həyata keçirdiyimiz real layihələrin sayəsində əldə etmişik. Bu səbəbdən də bu layıhələrdə sizlərində iştirak etməyinizin, əldə edəcəyiniz bilik və bacararıqlarınızda önəmli rolu olacaqdır.

Missiyamız
Bizim missiyamız, bu İT sahəsi üzrə daha çox peşəkar və bacarıqlı mütəxəssilər yetişdirərək, dövlətimizə və millətimizə xeyir verməkdən ibarətdir. Buna görədə dərslərimiz zamanı hər bir xırdalıqlarda bu sahədə nə qədər xeyir əldə etmənizə önəm veririk və çalışırıq ki, bizim tələbələrimiz dövlətimizin hər bir sektorunda özünəməxsus yerini tapa bilsin.

Tərəqqimiz
Bizim üçün sevindirici haldı ki, tələbələrimiz bizimlə birlikdə əldə etdiyi bilik və bacarıqları sayəsində, Respublikamızın önəmli sektorlarında və ya özəl bizneslərdə öz fəaliyyətlərini davam etdirirlər. Bu işdə onlara dəstək olduğumuz üçün qürur hissi keçiririk. Hər bir tələbələrimizin uğruru bizim qürurumuzdur.