Microsoft, 31 yanvar 2023-cü ilin Windows 10-un yükləmə versiyalarının satışının son günü olacağını açıqlamışdı. Fevral ayında artıq Windows 10 Home və Pro üçün lisenziyalar almaq mümkün olmayıb.
Buna baxmayaraq Əməliyyat Sisteminin dəstəyi 14 oktyabr 2025-ci ilə qədər davam edəcək. Bütün bu müddət ərzində istifadəçilər təhlükəsizlik yeniləmələrini alacaqlar.