İnternet Şəbəkə ilə eyni deyil. İnternet daha böyük, daha şaxəli və müxtəlifyönlüdür.
Təsəvvür edin ki, bütün dünyada bir-birinə bağlı yollar var: kiçik küçələr şəhər zolaqları ilə birləşir, onlar regional yollara çevrilir, sonra isə milli və beynəlxalq magistrallara birləşirlər. Siz evinizdən dünyanın istənilən başqa evinə maşınla gedə bilərsiniz . Bu yol şəbəkəsində faktiki mərkəz yoxdur.
İnternet oxşardır. Ancaq yolların əvəzinə - kabellər, evlərin əvəzinə kompüterlər və bu şəbəkədə səyahət edən avtomobillərin əvəzinə məlumatdır.
İnternet 1969-cu ildə ABŞ-da kompüterləri birləşdirmək üçün icad edilmişdir. Hal-hazırda milyardlarla cihazlar (kompüterlər, noutbuklar, mobil telefonlar, televizorlar, soyuducular... və s. bu kimi avadanlıqlar) internet vasitəsilə bir-biri ilə əlaqəlidir.
Müştəri və Server
Tipik olaraq, İnternet bağlantısı yalnız iki kompüter arasında baş verir:
biri məlumat bazası olan (Server)
biri isə məlumatı əldə etmək istəyən (Müştəri).
Müştəri müxtəlif formalarda ola bilən proqramlardır:
veb brauzer (məsələn: Firefox, Chrome, Opera, Safari və s.)
e-poçt müştərisi (Outlook, TheBat kimi)
mesajlaşma proqramı (Whatsapp, Telegram kimi)
axın video xidməti (Netflix, Youtube kimi)
Bu proqramlar (veb-sayt, e-poçtlarınız, mesajlarınız, filmlər) vasitəsilə biz serverlərdən lazım olan məlumatları əldə edə bilərik. Müəyyən müştəri proqramları da məlumatı serverə göndərsə də, serverlərdən fərqli olaraq adətən onlar məlumatları yadda saxlamır.
Serveri həmişə İnternetə qoşulmuş, yeganə məqsədi lazım olan məlumatları müştərilərə çatdırmaq olan xüsusi kompüter kimi təsəvvür etmək olar.
“Əslində internetə qoşulmuş hər hansı bir cihaz həm müştəri, həm də server ola bilsə də, istifadə etdiyimiz cihazların əksəriyyəti müştəri hesab olunur, çünki biz məlumatları ötürmürük, yalnız məlumat əldə edirik.”
IP ünvan
Hər bir evin fərqli və unikal poçt ünvanı olduğu kimi, İnternetə qoşulmuş hər bir kompüterə şəbəkədə müəyyən edilə bilməsi üçün bir IP ünvan verilir.
IP ünvanı adətən 4 rəqəmin birləşməsinə bənzəyir: 216.58.212.142
Domenlər
İP ünvanları unikallığına görə kompüterlərin bir-birini ayırd etmələri üçün faydalı olsa da, biz insanlar üçün onları oxumaq və yadda saxlamaq çətin olardı.
Buna səbəbə görə də 1985-ci ildə domenlər yaradılmışdır. Onlar 216.58.212.142 kimi IP ünvanını google.com kimi mətnli sətri ad ilə əlaqələndirirlər. Nəticədə, hər ikisi bir-birini əvəz edə bilər: 216.58.212.142 və ya https://google.com saytına daxil olub eyni vebsayta daxil ola bilərsiniz.
Domen sağdan sola oxunan 3 hissədən ibarətdir:
Üst səviyyəli domen (və ya TLD): Ümumi domenlər(.com, .org, .net) və ya hər-hansısa ölkəyə məxsus olan domenlər (.az, .us, .ru, .fr) var.
Domen adı: Vikipediya və ya F12 School kimi domen adları hərf və rəqəmlər ibarət ola bilər, lakin aralarında boşluq və ya nöqtə qoymaq olmaz.
Altdomen (vacib olmayan). Bu üçüncü hissə istəyə bağlı olsa da, əksər vebsaytlar defolt olaraq www altdomenindən istifadə edirlər.
Domenləri İnternetə qoşulmuş kompüterləri adlandırmaq üçün bir yol kimi düşünün.
Domeni necə almaq olar? Siz əslində bir domen almırsınız, ancaq onu hədəflədiyiniz yüksək səviyyəli domeni idarə edən birindən icarəyə götürürsünüz. İnternet domenlərini idarə edən şirkətlərə domen qeydiyyatçıları deyilir. Onlardan ən məşhurları Namecheap və Gandi-dir.
Protokollar
Bütün bu kompüterləri birləşdirməkdə məqsəd onların bir-biri ilə əlaqə qurmasıdır. İnsanlar müxtəlif dillərdə danışdıqları kimi, İnternetdəki kompüterlər də protokollardan istifadə edərək bir-bir ilə əlaqə saxlayırlar.
Bu dillərin hər biri fərqli bir məqsədə xidmət edir:
Protkolların yaranma tarixləri:
FTP fayl transferi 1971
SMTP E-poçtların göndərilməsi 1971
IMAP qəbul etmə E-poçtu 1986, sonra POP3 yarandı
IRC Chat 1988
HTTP axtarış və HTML sənədlərin sorğusu üçün (Veb Səhifələrin) 1989 ildə yaradılıb.
URL
İndi biz domenlərin və protokolların necə işlədiyini bildikdən sonra, biz bir URL yarada bilərik:
Məsələn, cari səhifənin URL-i https://f12.school/internet.html-dir və biz onu 3 hissəyə bölə bilərik:
https:// protokoldur
f12.school domenidir
/internet.html əlaqədir
Bu URL unikaldır və müəyyən edir ki:
https://f12.studio/internet.html saytında nəyi tapmaq olar
kompüter bunu necə oxumalıdır https://
Xülasə
İnternet
Bir-birinə bağlı olan çox böyük bir kompüter şəbəkəsidir.
Protokol
Kompüterlərin bir-biri ilə əlaqə saxlaması üçün işarələmə dili və qaydalar toplusudur.
IP ünvan
İnternetə qoşulmuş kompüter üçün unikal identifikator kimi çıxış edən və onu internetdə müəyyənləşdirən (91.198.174.192) rəqəmlərinin birləşməsidir.
Domen
İnternetə qoşulmuş kompüterlərin IP ünvanlarını mətnə çevirir və IP ünvanlarından fərqi ondan ibarətdir ki, domenlər insanlar üçün daha asan oxunur və yadda qalır.
Dünya Hörümçək Toru (www)
Şəbəkə
Biz internetə qoşulmuş kompüterlərin e-poçt, fayllar, söhbət mesajları mübadiləsi üçün protokol adlanan müxtəlif dillərdə necə ünsiyyət qurduğunu gördük...
Bu protokollardan biri HTTP adlanır. Bu kompüterlərin bir-biri ilə Veb səhifələrin mübadilə etdiyi bir protokoldur.
Şəbəkə internetdə Veb səhifələrin paylaşıldığı bir hissəsidir. Əgər URL https:// və ya http:// ilə başlayırsa, onda siz əminliklə deyə bilərsiniz ki, internetə daxil olmusunuz.
Veb səhifə
Veb səhifə internetdə istifadə olunan “HTML” işarələmə dili ilə yazılmış sənəddir.
Bu sənədləri veb brauzer vasitəsilə açırıq.
Veb səhifəyə daxil olmaq üçün aşağıda göstərilən qaydada (URL) keçid linki yazaraq ondan istifadə edə bilərik:
https://f12.studio və yaxud https://yasilyarpaq.az yazmaqla istənilən veb resurslara daxil ola bilərik.
URL-lərin yadda saxlanması çətin olduğundan, istifadəçilərin İnternetə baxmasını asanlaşdırmaq üçün İnternet öz mənşəyində bir-biri ilə əlaqəli sənədlərə əsaslanır.
Veb sayt
Veb sayt sadəcə eyni domendə yerləşən veb səhifələr toplusudur. Misal olaraq belə bir URL vasitəsilə cədvəl quraq:
https://yasilyarpaq.az/ şəfa-mənbəyi/ meyvə-və-tərəvəzlər.html
Veb sayt: yasilyarpaq.az/
Veb kateqoriya: şəfa-mənbəyi/
Veb səhifə: meyvə-və-tərəvəzlər.html
Brauzerdə veb səhifənin açılma prosesi
https://yasilyarpaq.az/ şəfa-mənbəyi/ meyvə-və-tərəvəzlər.html səhifəsinə keçməklə siz internetdəki Server kompüterindən meyvə-və-tərəvəzlər.html sənədini əldə etməyi xahiş edirsiniz.
Bu halda, sizin kompüteriniz müştəri, https://yasilyarpaq.az/ yerləşdiyi kompüter isə serverdir.
Müştəri, yəni sizin kompüteriniz:
Salam https://yasilyarpaq.az/ kompüteri! Mən meyvə-və-tərəvəzlər.html sənədinə baxmaq istəyirəm.
Server https://yasilyarpaq.az/ yerləşən kompüter:
Gözləyin baxım görüm belə bir sənəd varmı…
Müştəri, yəni sizin kompüteriniz:
Yaxşı gözləyirəm.
Server https://yasilyarpaq.az/ yerləşən kompüter:
axtararaq bu sənədi tapır https://yasilyarpaq.az/ şəfa-mənbəyi/ meyvə-və-tərəvəzlər.html
və…aha, budur tapdım! İcazə verin bunu sizə göndərim.
Müştəri, yəni sizin kompüteriniz:
Bəli göndərin. Çox sağ olun!
Bundan sonra sizin brauzeriniz meyvə-və-tərəvəzlər.html sənədini sizə göstərə biləcək.
Bu qədər sadə…
Bununla belə, bu sənəd kompüterinizdə saxlanmır. O yalnız siz ondan istifadə edərkən müvəqqəti olaraq sizin kompüterinizdə göstərilir. Siz daha sonra yenidən https://yasilyarpaq.az/ şəfa-mənbəyi/ meyvə-və-tərəvəzlər.html səhifəsinə daxil olduqda, o hələ də mövcuddursa, kompüteriniz onu yenidən serverdən tələb edəcək. Bu yolla siz hər zaman sənədin ən son (yenilənmiş) versiyasını əldə etmiş olursunuz.
İnternet
HTTP protokolundan istifadə edərək sorğu verilən resurs.
Veb səhifə
HTML-də yazılmış sənəd.
Veb sayt
Bir domendə veb səhifələrin toplusu.
Brauzer
Veb səhifələri aça bilən və göstərən proqramdır.